2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

İraq Azərbaycan vasitəsilə dünya bazarına neft nəql etmək istəyir

Bakı/24.09.21  Azərbaycan SOCAR dövlət şirkəti vasitəsilə İraq neftinin və neft məhsullarının dünya bazarlarına nəqli imkanlarını öyrənəcək. Bu barədə cümə günü Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Sentyabrın 24-də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla İraqın neft naziri İhsan Əbdül Cabbarın görüşü olub. Görüş zamanı həmin məsələlər müzakirə edilib.

“İki ölkə arasında münasibətlərin yüksək səviyyəsi və dünya neft bazarının tənzimlənməsi üzrə birgə iş gələcək əməkdaşlığımızın əsasını təşkil edir”, – Şahbazov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Öz növbəsində Cabbar qeyd edib ki, İraq Azərbaycanla neft-qaz və emal sahələrində fəal əməkdaşlıqda maraqlıdır, Energetika Nazirliyinin məlumatında deyilir.

Bu gün ölkə prezidenti İlham Əliyev də iraqlı naziri qəbul edib. Görüşdə siyasi sahədə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. İraqlı naziri bildirib ki, Bağdad Azərbaycanı enerji məsələlərində mühüm tərəfdaş hesab edir.

Qeyd edək ki, danışıqlar zamanı İraq neftinin Azərbaycan vasitəsilə nəqli marşrutları açıqlanmayıb, ya da məlumatlarda bu haqda bilgi verilməyib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button